EN

Abbas Abbasov: Virtual muzeyə mütəmadi olaraq yeni məlumatlar əlavə edəcəyik

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Müstəmləkəçilik əleyhinə hazırladığımız virtual muzeyin əlçatanlığı baxımından heç bir məhdudiyyət olmayacaq".

Oxu.Az xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov müstəmləkəçilik əleyhinə hazırlanan virtual muzeyin təqdimat mərasimində deyib.

O bildirib ki, muzey hər bir insanın izləməsi üçün açıq platformadır və əlçatan olacaq:

"Bu platformaya beynəlxalq hüquq üzrə mütəxəssislər, məruzəçilər, elm xadimləri, tədqiqatçılar, ümumiyyətlə bu sahədə araşdırma aparan hər şəxs maraq göstərəcək. Virtual muzeyə mütəmadi olaraq yeni məlumatlar əlavə edəcəyik".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
80
oxu.az

1Sources