EN

Adil Kərimli vətəndaşların müraciətlərini dinlədi -FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulu təşkil olunur.

Redaktor.az xəbər verir ki, görüşlərdə sakinlərin müraciətləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülür.  Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu fevralın 18-də Qax rayonunda keçirilib.

Qəbuldan əvvəl nazir və Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Ümummilli Lider Heydər Əliyevin Qax şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla anıblar.

Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar. Sakinlərin müraciətləri, əsasən, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsi ilə bağlı layihə və təşəbbüslər, məşğulluq və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını deyib.
Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

Nazir

Nazir

Nazir

Nazir

Nazir

Nazir

Nazir

Nazir

Chosen
56
5
redaktor.az

10Sources