Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
İrana qarşı yeni müharibə regiona fayda verməyəcək; əksinə, uduzan tərəf olacaq.
Bizimyol.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında jurnalistlərə bildirib.
"İran və ABŞ arasındakı problemlərin dialoq yolu ilə həll olunmasını istəyirik. Hər iki ölkə ilə yüksək səviyyəli əlaqələr saxlayırıq", - deyə Türkiyə lideri İran və ABŞ prezidentləri ilə telefon danışıqları apardığını əlavə edib.
"Biz divarlar tikmirik və münaqişələri alovlandırmırıq; əksinə, körpülər qururuq və sülh üçün təməl yaradırıq. İrana qarşı yeni müharibə heç kimə heç nə gətirməyəcək; əksinə, bölgəmiz yalnız uduzar. Biz sülhə sadiq qalırıq və bu məsələyə müsbət ümidlərlə yanaşırıq. Belə bir hərbi eskalasiyanın və artan gərginliyin regionumuzda daha böyük qeyri-müəyyənliyə səbəb olacağını izah etməyə davam edəcəyik. Diplomatiya qapısı açıq olduğu müddətcə ümid var. Bu ümidi qoruyub saxlayacağıq və gücləndirəcəyik", - deyə Ərdoğan "TRT Haber"ə istinadən bildirib.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.