EN

Avropa: “Ukrayna “Drujba” kəmərini təmir etməlidir”

AzVision.az xəbər verir ki, “Sky News” nəşrinin yaydığı məlumata görə, Avropa tezliklə kəmərin təmiri cədvəlini alacağını gözləyir.

AK-nin fikrincə, Macarıstan və Slovakiyaya neft tədarükünün qısamüddətli kəsilməsindən təhlükə görmür, çünki hər iki ölkənin kifayət qədər ehtiyatı var. Bununla belə, qrumun nümayəndəsi AK-ninbərpa müddəti ilə bağlı Ukrayna ilə əlaqə saxladığını bildirib.

Rusiya neftini Macarıstan və Slovakiyaya çatdıran “Drujba” boru kəməri yanvar ayının sonlarında zədələnib. Avropa İtitfaqı (Aİ) boru kəmərinin təmir olunmasını və təchizatın bərpa olunmasını istəyir.

“Rusiya neft kəmərinin təchizatının kəsilməsi Ukrayna ilə Aİ-yə üzv olanMacarıstan və Slovakiya arasında gərginlik yaradıb. Kiyev 27 yanvardan bəri fasilələrə Rusiyanın pilotsuz təyyarəsinin hücumunun səbəb olduğunu iddia edib”,- AK-nin mətbuat katibi Anna-Kaysa İtkonenin bəyanatına istinadə edən “Radio Free Europe” nəşri yazır.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa da boru kəmərinin Rusiyanın hücumu səbəbindən sıradan çıxdığını iddia etmişdi.

Eyni zamanda, Slovakiyanın başRobert Fitso daha əvvəl bildirib ki, Kiyev Macarıstanı Ukraynanın gələcək Aİ üzvlüyünə veto qoymaq iddiasından əl çəkməyə məcbur etmək üçün neft axınının bərpasını təxirə salıb. Siyasətçi bunu“siyasi şantaj” adlandırıb.

Fevralın 16-da Budapeşt “Adria” boru kəməri ilə Xorvatiya ərazisindən dəniz yolu ilə Rusiya xam neftinin idxalına müvəqqəti istisna tətbiq etmək istəyini açıqlayıb.

Maraqlıdır ki, müxalif Demokratiyanın Tədqiqi Mərkəzinin (CSD) hesabatında Macarıstanın Rusiya neftinə ehtiyacı olmadığı vurğulanır. Belə ki, sənədə əsasən, asanlıqla əldə edilə bilən digər mənbələr mövcuddur.

- Mərkəzi Avropada Rusiya neftinə qarşı sanksiyaların tətbiqinin uzadılması üçün heç bir texniki və ya iqtisadi əsas yoxdur. Macarıstanın davamlı asılılığı Aİ birliyini zəiflədən və sanksiya rejiminə etimadı sarsıdan siyasi seçimdir. 2026-cı ilin sonuna qədər Rusiya xam neftinin tədricən dayandırılması Avropanın uzunmüddətli enerji təhlükəsizliyi üçün mümkündür və zəruridir”,- hesabatda deyilir.

Lakin boru kəməri ilə bağlı ortaq mövqedən çıxış edən Macarıstan və Slovakiya Rusiyanın neft tədarükünün davam etdirilməsini istəyirlər.

Sahil İsgəndərov
AzVision.az
Chosen
72
1
azvision.az

2Sources