EN

Dünyəvi məktəb mühiti: “Valideyn belə uşaqların hüquqlarını məhdudlaşdıra bilməz”

Hurriyyet saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son günlər Azərbaycanda məktəbli forması və hicab məsələsinin yenidən gündəmə gəlməsi cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Bir tərəfdə məktəblərdə vahid forma qaydalarına riayət olunmasını vacib sayan mövqe, digər tərəfdə isə valideynlərin dini və şəxsi seçimlərlə bağlı tələbləri dayanır. “Təhsil haqqında” Qanuna görə şagirdlərin geyim forması məktəbin nizamnaməsi ilə tənzimlənsə də, bu məsələ yalnız hüquqi çərçivə ilə məhdudlaşmır. Mövzu həm də hüquq, məsuliyyət və qarşılıqlı anlaşma baxımından daha geniş yanaşma tələb edir.

Məsələ ilə bağlı Publika.az açıqlama verən deputat Müşfiq Məmmədli bildirdi ki, 18 yaşına qədər uşaqlarla bağlı məsələlər Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaya əsaslanır və ölkə qanunvericiliyi də həmin konvensiyaya uyğunlaşdırılır.

Onun sözlərinə görə, Azərbaycan dünyəvi demokratik dövlət olduğu üçün uşaqların hüququ məsələləri yalnız qanunvericilik aktlarına uyğun tənzimlənməlidir:

"Bütün qanunvericilik aktları onu göstərir ki, uşaqlar hüququn subyektidir. Onlar təkcə valideynlərinin övladı yox, həm də dövlətin bütün hüquqlarını qoruduğu vətəndaşıdır. Ona görə də uşaq hüquqları valideynlər tərəfindən məhudulaşdırıla bilməz. Azərbaycan dünyəvi demokratik dövlətdir və burada din dövlətdən ayrıdır. Hazırda da Milli Məclisdə birinci oxunuşdan keçən uşaq hüquqları haqqında yenilənmiş qanunvericilik aktı var. Plenar iclaslarda müzakirələrdən sonra bu akt qəbul olunacaq. Bütün bunlar Azərbaycanda uşaq hüquqlarının qorunmasına verilən önəmin sübutudur".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
50
2
hurriyyet.az

3Sources