EN

Avropa “dəmir əl” istəyir? “Qoca qitə”də demokratiyadan məyusluq artır

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Avropanın demokratiyadan məyusluğu getdikcə çoxalır. Avropalıların bir qismi hətta hakimiyyətin "güclü liderə" təhvil verilməsinə və ölkənin “dəmir əllə” idarə olunmasına tərəfdardır.

“AzPolitika” xəbər verir ki, “Politico” nəşrinin dərc etdiyi Avropa ölkələrinə aid sorğunun nəticələri bunu deməyə əsas verir.

Beləliklə, sorğuya görə, beş Avropa ölkəsində vətəndaşların 22%-i müəyyən hallarda diktaturanın demokratiyadan üstün ola biləcəyinə inanır. Həmin ölkələrdə insanların 26%-i demokratik prosedurları məhdudlaşdırsa belə, "effektiv və bacarıqlı liderə" fövqəladə səlahiyyətlər verməyə hazırdır.

“Progressive Lab” mərkəzi üçün “AboutPeople İnstitutu” tərəfindən 25 noyabr - 16 dekabr 2025-ci il tarixlərində aparılan sorğu Yunanıstan, Fransa, İsveç, Böyük Britaniya və Rumıniyanı əhatə edib. Sosioloqlar qeyd edirlər ki, avropalıların əksəriyyəti hələ də demokratiyanı dəstəkləyir, lakin onun fəaliyyətindən məyusluq artır.

Ən böyük narazılıq Cənubi və Şərqi Avropa ölkələrində müşahidə olunur: Yunanıstanda respondentlərin 76%-i, Fransada 68%-I, Rumıniyada 66%-i demokratiyanın düzgün işləmədiyini düşünür. Şimal ölkələrində rəqəmlər daha aşağıdır: Böyük Britaniyada 42%, İsveçdə 32%.

Mütəxəssislər demokratiyadan artan narazılığı iqtisadi çətinliklər, yüksək inflyasiya, miqrasiya böhranı, ənənəvi partiyalara inamın azalması və siyasi qeyri-sabitliklə əlaqələndirirlər. Lakin, hətta “dəmir əl” tərəfdarlar belə seçkilərin, yaxud hüquq və azadlıqların ləğvinə çağırmırlar. Əksinə səmərəlilik, sürətli qərarlar və idarəetmədə möhkəm əl axtarırlar. Yəni, avropalılara diktator yox, iradəli, etibarlı və qərar vermək cəsarəti olan liderlər lazımdır.

Analitiklər xəbərdarlıq edirlər ki, demokratiya ilə bağlı məyusluğun artması, xüsusən də Avropada iqtisadi qarışıqlıq və təhlükəsizliklə bağlı narahatlıqlar fonunda populist və radikal qüvvələr üçün münbit zəmin yaradır.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
azpolitika.info

2Sources