EN

Şeyxin müavininin vəziyyəti pisləşdi - Təcili həkimlər çağırıldı 

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin axundu Hacı Sabir Həsənlinin vəziyyəti pisləşib. 


Manset.az-ın əldə etdiyi məlumata görə, ürəyində qəfil problemlər yaranan Hacı Sabir Həsənliyə təcili həkimlər çağırılıb. Həkimlərin müdaxiləsindən sonra sədr müavini xəstəxanaya aparılıb. Hazırda müalicə-profilaktika prosesləri davam edir. 

Faktı Manset.az-a Hacı Sabir Həsənlinin özü də təsdiq edib:

"Ürəyimdə problemlər var. Hazırda müalicələr alıram". 

Qeyd edk ki, Hacı Sabir Həsənli Bakı İslam Universitetinin sabiq rektorudur, uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin sədr (Şeyxin) müavinidir. 


Manşet.az 

Chosen
70
12
manset.az

10Sources