EN

Yaxın dostu Vüqar Qurbanova əyyaş dedi  

Vüqar Qurbanov TƏBİB-nin İcra Direktoru vəzifəsindən azad edilməsi çox gözləmədən onun vaxtilə tabeliyində olmuş bir sıra vəzifəlilərin üzündəki pərdəni qopardı. Dünənədək fəxarətlə bəzi dairələrdə özünü vəzifəsini yenicə itirmiş Vüqar Qurbanovun yaxın dostu kimi təqdim edən İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Şahin Qurbanov  bəzi məsələlərə münasibət öyrənmək istədik.

Citypost.az-ın əməkdaşı ilə telefon söhbəti zamanı Ş.Qurbanov  sabiq rəhbəri barədə çox sərt və konkret mövqe bildirib: “Vüqar Qurbanovla mənim nə dostluğum? O, zaqatalalı, mən cəbrayıllı”. O, içki aludəçisidir. Üzr istəyirəm, “pyanıska”nın biridir. Elə onun da badına getdi. Mən onunla bu günədək oturub bir stəkan çay da içməmişəm. Onun özünü “kruqu” var. Nə var, nə yox gedin, onlardan soruşun. Sadəcə O, mənim rəhbərim olub. Siz mənə nə üçün zəng etmisiniz? Digər suallarla bağlı TƏBİB-ə, Zamirə xanıma müraciət edin. Mən 5 dəqiqəliyə tələsirəm, vaxtım azdır”... deyə Ş.Quliyev telefonu söndürüb. 

Citypost.azın əldə etdiyi xəbərdə isə bildirilirdi ki, Şahin Qurbanov axşamlar tez-tez Bakıya gəlib Vüqar Qurbanovun bahalı restoranlarda qurduğu kef, içki məclislərində iştirakçı olmağı özünə şərəf bilirmiş. Sabiq TƏBİB rəhbəri vəzifəsini itirəndən bir gün ötmüş yaxın dostu onun içki aludəçisi adlandırıb. Xatırladaq ki, V.Qurbanovun əmri ilə Ş.Quliyev tramplin kimi İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi vəzifəsinə təyin edi
Chosen
53
9
yenilik.az

10Sources