EN

“ABŞ ilə danışıqlar Xameneinin nəzarəti altında aparılır” - Pezeşkian

“ABŞ ilə aparılan danışıqlar ölkənin Ali rəhbəri Seyid Əli Xameneinin koordinasiyası və dəstəyi ilə həyata keçirilir”.

Missiya.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Onun sözlərinə görə, Xamenei hökuməti bütün sahələrdə dəstəkləyir və danışıqların əsas məqsədi mövcud problemlərin real həllinə nail olmaqdır

Pezeşkian bildirib ki, hökumət qarşıdurma yolu əvəzinə əməkdaşlıq və qarşılıqlı anlaşmaya üstünlük verir:

“Biz sadəcə danışıqlar naminə söhbət aparmırıq. Məqsədimiz konkret nəticə əldə etmək və mövcud məsələləri həqiqətən həll etməkdir”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
65
missiya.az

1Sources