EN

“Meydandan getmək istəyirdik, amma Vinisius davam etməyi xahiş etdi”

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Real Madrid" ilk oyunda "Benfika" üzərində minimal hesablı (1:0) qələbə qazanıb.Matç zamanı “kral klubu”nun hücumçusu Vinísius Juniorun irqçi ifadələrə məruz qaldığı iddia olunub.

90deqiqe.Az "SoFoot"a istinadən xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Auriliyen Tçuameni hadisə ilə bağlı danışıb:

“Komandada hər kəs Vinisusu dəstəkləyir. O, baş verənləri bizə danışdı, lakin ‘Benfika’nın futbolçusu bunu təkzib edir. Hətta meydanı tərk etməyi də düşünürdük. Ancaq Vini dedi ki, oyunu davam etdirməli və qələbə qazanmalıyıq. Biz də bunu etdik. ‘Real’ layiqli qələbə qazandı”

Cavab matçı gələn həftə Madriddə keçiriləcək.

Chosen
20
90deqiqe.az

1Sources