
ABŞ-nin Azərbaycandakı səfirliyi "Qarabağ"ın sabiq futbolçusu Nəriman Axundzadənin Amerika klubuna transferi barədə paylaşım edib.
Missiya.Az həmin paylaşımı təqdim edir:
"Azərbaycanlı futbol ulduzu Nəriman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən "Columbus Crew" klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik. "Qarabağ"ın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin yüksək (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur",-paylaşımda qeyd olunub.
Səfirlik həmçinin "Qarabağ" klubuna bu axşamkı Çempionlar Liqasının pey-off qarşılaşmasında ("Qarabağ" - "Nyukasl") uğur və qələbə arzulayıb.
İlahə Qənbərli
Missiya.Az