EN

Premyer Liqada qələbələri sıralayan “Neftçi”nin nə qədər pul qazandığını bilirsiz?

«Neftçi» 2026-cı ilə əla start götürüb. «Zirə» ilə qolsuz heç-heçədən sonra qələbələr sıralanmaqdadır.

«Ağ-qaralar» sırasıyla «Araz-Naxçıvan»ı 4:0, «Qəbələ»ni 1:0, «Kəpəz»i 3:1 hesabıyla üstələyib.

Qeydə alınan nəticələr paytaxt təmsilçisinin düşərgəsində əhval-ruhiyyəni yüksəltməklə, yanaşı, futbolçuların maliyyə durumuna da müsbət təsir göstərib.

Uğurlu çıxışın qarşılığı olaraq komandaya böyük miqdarda mükafat ödənilib.

«Araz» üzərində əldə olunan 3 xalın əvəzində əsas heyət üzvlərinin hər birinə 3500 manat ayrılıb.

«Qəbələ» ilə görüş onlara 3000 manat qazandırıb. «Kəpəz»lə matçın qarşılığı 2500 manat təşkil edib.

Yuri Vernidubun çalışdırdığı bakılılar 20 turdan sonra turnir cədvəlində «Araz-Naxçıvan»la birlikdə altıncı-yeddinci pilələoi bölüşdürür. Hər ikisinin aktivində olan xal sayı 30-dur.

SPORTİNFO.AZ

Chosen
5
sportinfo.az

1Sources