EN

Aİ 800 milyard avroluq müdafiə planı açıqladı

Avropa İttifaqı 2028-ci ilə qədər müdafiə xərcləri üçün 800 milyard avroya qədər vəsait ayırmağı planlaşdırır. Bu barədə Brüsseldə keçirilən NATO Parlament Assambleyasının iclasında Avropa İttifaqı Şurasının sədri Antonio Koşta (António Costa) məlumat verib.

Far.Az xəbər verir ki, o bildirib ki, Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi NATO-nu da daha güclü edəcək. Koştanın sözlərinə görə, Aİ və üzv dövlətlər yaxın illərdə müdafiə sahəsinə böyük həcmdə maliyyə yönəldəcək.

Rəsmi rəqəmlərə görə, Aİ ölkələri 2024-cü ildə müdafiəyə 343 milyard avro xərcləyib. 2025-ci ildə bu məbləğin 381 milyard avroya yüksələcəyi gözlənilir. 2028-ci ilə qədər isə ümumi hədəf 800 milyard avrodur.

Koşta çıxışında beynəlxalq hüquqa hörmətin vacibliyini də vurğulayıb və Avropada təhlükəsizliyin gücləndirilməsinin əsas prioritet olduğunu qeyd edib.

Chosen
40
far.az

1Sources