
19-20 fevral tarixlərində 17 itkin şəhidimiz dəfn ediləcək.
AFN.az xəbər verir ki, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Fevralın 19-da keçiriləcək dəfn mərasimləri:
Saat 13:00: Azad Sabir oğlu Cəlilov (Ucar rayonu, Alpoud kəndi), Mahir Abuzər oğlu Quliyev (Cəlilabad şəhəri, Şəhidlər cərgəsi).
Saat 14:00: Nail Fahil oğlu Dənziyev (Lerik rayonu, Mastail kəndi, Şəhidlər cərgəsi), Rəsul Babaxan oğlu Ağayev (Sabirabad rayonu, Nərimankənd kəndi).
Saat 15:00: Vüqar Səlim oğlu Babayev (Göyçay şəhəri, Şəhidlər xiyabanı), Şahin Heydər oğlu Kərimov (Mingəçevir şəhəri, Şəhidlər xiyabanı).
Saat 16:00: Fərman Məhəmməd oğlu Feyzullayev (İsmayıllı rayonu, İstisu kəndi).
Saat 17:00: Cavanşir İsrafil oğlu Həsənov (Balakən rayonu, Şəhidlər xiyabanı).
Fevralın 20-də keçiriləcək dəfn mərasimləri:
Saat 11:00: Rafiq Hüseyn oğlu Hüseynov (Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qurd qapısı" qəbiristanlığı), Mehriban Arif qızı Qarayeva (Sumqayıt şəhəri, Şəhidlər xiyabanı).
Saat 12:00: Zibeydə Bədəl qızı Əhmədova (Xocalı şəhəri, Şəhidlər xiyabanı).
Saat 13:00: Dadaş Şərif oğlu Dadaşov və Qurban Ramazan oğlu Göyüşov (Bərdə şəhəri, Şəhidlər xiyabanı).
Saat 14:30: Hidayət İsa oğlu Vəliyev (Bərdə rayonu, Zümürxan kəndi).
Saat 15:00: Nofəl Cahangir oğlu Əsgərov (Gəncə şəhəri, Şəhidlər xiyabanı - Səvizkar qəbiristanlığı).
Saat 15:30: Qılman Surxay oğlu Hacıyev (Bərdə rayonu, Kələntərli kəndi).
Saat 16:00: Yolçu Sarı oğlu Məmmədov (Şəmkir şəhəri, Şəhidlər xiyabanı).
![]()
![]()