EN

TƏBİB-də köklü dəyişikliklər: Zaur Əliyev də gedir - Nə baş verir?

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra səhiyyə sistemində nələrin dəyişəcəyi məsələsi yenidən aktuallaşıb. Hələlik V.Qurbanovun səlahiyyətləri əvvəllər Səhiyyə Nazirliyində çalışmış indi isə qurumun müavini Anar İsrafilova həvalə olunub.

Ölkə.az bakupost.az-a istinadən xəbər verir ki bu qərar səhiyyə sistemində gözlənilən geniş struktur dəyişikliklərinin ilk mərhələsi kimi qiymətləndirilir.

TƏBİB necə idarə olunur?

Qanunvericiliyə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Prezidenti 13 may 2022-ci ildə xüsusi Fərman imzalayıb.

Həmin Fərmana görə, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərlik və nəzarət Müşahidə Şurası vasitəsilə həyata keçirilir. Şura sədr və dörd üzvdən ibarətdir və onlar Prezident tərəfindən təyin olunur.

Müşahidə Şurasına aşağıdakı qurumların təmsilçiləri daxildir:

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri

- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müavini

- Agentliyin İdarə Heyəti sədrinin müavini

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müavini

Yəni TƏBİB faktiki olaraq bir neçə dövlət qurumunun ortaq nəzarət mexanizmi altında fəaliyyət göstərir. Müşahidə Şurasının üzvləri TƏBİB-in icraçı direktorunu seçir.

Vüqar Qurbanovun işdən çıxarılmasından sonra İdarə heyətində də dəyişiklik gözlənilirəndir. Məlumata görə, yaxın günlərdə İdarə Heyətinin özündə də ciddi kadr dəyişiklikləri baş verəcək. Öncə hazırkı sədr Zaur Əliyevin vəzifədən uzaqlaşdırılacağı, onun yerinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavininin gətiriləcəyi bildirilir.

Mənbələr həmçinin qeyd edir ki, bir qədər sonra daha struktur qərarları da gündəmə gələ bilər:

- TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi

- İcbari tibbi sığortanın isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi

Nə dəyişəcək?

Ekspertlərin fikrincə, Vüqar Qurbanovun gedişi sadəcə şəxsi kadr dəyişikliyi deyil – bu, səhiyyə idarəçiliyinin yenidən mərkəzləşdirilməsi prosesinin başlanğıcıdır.

Əgər planlaşdırılan birləşmələr reallaşarsa:

- TƏBİB müstəqil qurum statusunu itirə bilər

- qərarvermə birbaşa nazirliklərə keçəcək

- icbari tibbi sığorta sosial müdafiə mexanizminin tərkib hissəsinə çevriləcək

Bu isə həm xəstəxanaların idarə olunmasına, həm maliyyə axınlarına, həm də vətəndaşların tibbi xidmətə çıxış mexanizminə ciddi təsir göstərəcək.

Bundan başqa, modern.az yazır ki, məsələ adi kadr dəyişikliyi çərçivəsindən xeyli kənardadır. Hətta sabiq rəhbərin yaxın günlərdə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcəyi, həbsinin qaçılmaz olduğu iddiaları səslənir.

Sayt iddia edir ki, qurum daxilində qərarvermə mexanizmlərinin şəxsi münasibətlər üzərindən formalaşmasıdır.

"TƏBİB-də əsas idarəçilik rıçaqları sabiq rəhbərin yaxın çevrəsinin əlində cəmləşibmiş.

Digər diqqətçəkən məqam sabiq rəhbərin səhiyyə naziri postuna iddialı olması ilə bağlı yayılan informasiyadır. 

Mənbələr bildirir ki, məsələ təkcə kadr dəyişikliyi ilə yekunlaşmaya bilər. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı iddia olunur. Söhbət maliyyə intizamı, satınalmalar, kadr təyinatları və struktur qərarlarının qanunauyğunluğundan gedir", - deyə mətbu orqan yazıb.

Chosen
24
7
olke.az

10Sources