EN

İranda etirazçılara qarşı ən azı 23 min cinayət işi açılıb


İranda keçən ilin dekabrından bu ilin yanvarına qədər davam edən aksiyalarda iştirak edən etirazçılara qarşı ən azı 23 min cinayət işi açılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Farda” radiosu İranın məhkəmə rəsmisinə istinadla məlumat yayıb.
Məhkəmə rəsmisi İranın bütün əyalətlərində həbslərin baş verdiyini bildirib.
O, həmçinin etirazlar zamanı 749 polis bölməsinə və 120 İnqilab Keşikçiləri Korpusunun mərkəzinə hücumların qeydə alındığını bildirib.
ABŞ-də yerləşən “Human Rights Activists in Iran” (HRAI) müstəqil insan haqları təşkilatının məlumatına görə, 15 fevral tarixinə qədər ən azı 53 min 552 nəfər həbs olunub ki, onlardan 144-ü tələbədir.
Təşkilatın xəbər verdiyinə görə, ümumilikdə, 11 min 53 nəfər məhkəməyə çağırılıb.
Chosen
62
yeniavaz.com

1Sources