EN

"Nyukasl"ın hücumçusu klubdan ayrılmaq istəyir

Bakı. Trend:

"Nyukasl"ın hücumçusu Nik Voltemade klubdan ayrılmaqistəyir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı forvardİngiltərədə özünü xoşbəxt hiss etmir.

Voltemadenin planı ölkəsinə qayıtmaqdır. 24 yaşlı futbolçu"Ştutqart" və ya "Bavariya"da oynamağa isti yanaşır.

"Nyukasl" Nik Voltemadeni mövsümün əvvəlində "Ştutqart"dan 75milyon avroya transfer edib. Almaniya millisinin üzvü Premyer Liqatəmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 11 qol və 4məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Nyukasl" UEFA Çempionlar Liqasının pley-offmərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı ilk oyunbu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionundakeçiriləcək. Cavab görüşü isə ayın 24-dən 25-də keçən gecə saat00:00-da İngiltərədə baş tutacaq.

Məqalədə:
Chosen
39
az.trend.az

1Sources