EN

Zabux məktəbliləri mina təhlükəsi ilə bağlı maarifləndirilib

Bakı, 18 fevral, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" proqramı çərçivəsində sakinlərin təhlükəsizliyinin təmin edilməsi və mina təhdidlərinə qarşı mübarizə məqsədilə maarifləndirmə tədbirləri genişləndirilir.

AZƏRTAC xəbər verir ki, bu silsilədən növbəti görüş Laçın rayonunun yenidən salınmış Zabux kəndində məktəbli uşaqlar üçün təşkil olunub.

Tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı, eləcə də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Tədbir zamanı ANAMA-nın mütəxəssisi tərəfindən şagirdlərə mina və partlamamış hərbi sursatların təhlükəsi, şübhəli əşyaların tanınma nişanələri barədə ətraflı məlumat verilib, təhlükəli ərazilərdə davranış qaydaları izah edilib, maarifləndirici brüoşurlar təqdim olunub.

Link:

Chosen
59
7
azertag.az

10Sources