EN

Bu ölkədə işıqforlara 4 cü rəng əlavə edilir; səbəb bu imiş

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Müasir şəhərlərdə artan avtomobil sayı və sıx yol qovşaqları mövcud işıqfor sisteminin imkanlarını məhdudlaşdırır. Klassik qırmızı, sarı və yaşıl siqnallar uzun illər təhlükəsizliyi təmin etsə də yeni texnologiyalar fonunda alternativ həllər gündəmə gəlir.

Avtosfer.az xəbər verir ki, ABŞ-də həyata keçirilən pilot proqram çərçivəsində işıqforlara dördüncü – ağ rəngin əlavə olunması sınaqdan keçirilir. Layihənin əsas məqsədi xüsusilə avtonom (sürücüsüz) nəqliyyat vasitələrinin hərəkətini daha səmərəli tənzimləməkdir.

Mütəxəssislərin məlumatına görə, ağ işıq yandıqda sürücülərə “öndəki avtomobili izləyin” prinsipi tətbiq olunur. Yəni qarşıdakı nəqliyyat vasitəsi hərəkət edirsə, digərləri də hərəkət edir, dayanırsa – dayanır. Sistem nəqliyyat vasitələri ilə idarəetmə mərkəzi arasında simsiz əlaqə əsasında işləyir və əsasən avtonom avtomobillərin çoxluq təşkil etdiyi kəsişmələrdə aktivləşdirilir.

Aparılan ilkin tədqiqat və simulyasiyalar göstərir ki, bu yenilik nəqliyyat axınını təxminən 10 faiz sürətləndirə bilər. Nəticədə yanacaq sərfiyyatı və karbon emissiyaları aşağı düşür.

Qeyd olunur ki, ağ işıq yalnız müəyyən şərtlər daxilində tətbiq ediləcək. Avtonom nəqliyyat vasitələrinin sayı kifayət qədər olmadıqda sistem avtomatik olaraq ənənəvi üçrəngli işıqfor rejiminə qayıdacaq.

Eltac Zülfüqaroğlu

Oxunub 102

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
avtosfer.az

1Sources