EN

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarındakı irəliləyiş regional sabitliyi artırır - "Allianz"

Bakı. Trend:

Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarında əldəolunan irəliləyiş regional sabitliyin möhkəmlənməsinə töhfə veribvə iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açıb.

Trend bu barədəticarət kreditlərinin sığortalanması sahəsində dünya lideri olan“Allianz Trade” şirkətinə istinadən xəbər verir.

“ABŞ ilə münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılaşıb:Vaşinqton Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasınatöhfə verən təşəbbüslərdə vasitəçi kimi çıxış edir. Azərbaycanhəmçinin Avropa İttifaqı ilə (enerji sahəsində), Türkiyə ilə(nəqliyyat əlaqəliliyi sahəsində) və digər regional oyunçularlaəməkdaşlığı dərinləşdirir. Bununla belə, daha geniş aspektdə CənubiQafqaz regionu geosiyasi şoklara qarşı həssas olaraq qalır”,- deyə“Allianz”ın son hesabatında bildirilir.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda AzərbaycanPrezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol PaşinyanABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzurdəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh vədövlətlərarası münasibətlər haqqında” Sazişi paraflayıblar.

Xatırladaq ki, 21 oktyabr 2025-ci il tarixində AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev Qazaxıstan RespublikasınınPrezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatındavurğulayıb ki, Azərbaycan işğal dövründən mövcud olan Ermənistanistiqamətində yük tranzitinə dair bütün məhdudiyyətləri aradanqaldırıb və bu marşrut üzrə ilk tranzit yükü QazaxıstanınErmənistana göndərdiyi taxıl partiyası olub.

18 dekabr tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)Ermənistana 1220 ton “Aİ-95” markalı avtomobil benzinigöndərib.

Daha sonra, 9 yanvar 2026-cı il tarixində Ermənistana ümumilikdə2 698 ton yük (48 vaqon) daşınıb ki, bunun 1742 tonu “Aİ-95”markalı benzin, 956 tonu isə dizel yanacağı olub.

Yanvarın 11-də isə həmin ölkəyə 979 ton Aİ-92 markalı avtomobilbenzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar yola salınıb.

Məqalədə:
Chosen
100
2
az.trend.az

3Sources