EN

Azərbaycan və Yaponiya arasında birbaşa reyslərin həyata keçirilməsi müzakirə edildi

Bakı. Trend:

Azərbaycan və Yaponiya arasında birbaşa reyslərin həyatakeçirilməsi üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Trend xəbərverir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarəheyətinin sədri Samir Rzayev sosial şəbəkədəki hesabındabildirib.

“Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiriKatsuya Vatanabe ilə səmimi görüşümüz baş tutdu.

Görüş zamanı AZAL-ın uçuş coğrafiyasının genişləndirilməsinihədəfləyən strategiyasını və Bakının tranzit mərkəz kimi inkişafpotensialını müzakirə etdik. Əlavə olaraq, gələcəkdə Azərbaycan vəYaponiya arasında birbaşa reyslərin həyata keçirilməsi və yaponaviaşirkətləri ilə əməkdaşlıq perspektivləri mövzusuna datoxunduq.

Məhsuldar görüşümüzün davamında Azərbaycanın turizm potensialıbarəsində fikir mübadiləsi apardıq. Hesab edirəm ki, görüş iki ölkəarasında turizm və aviasiya sahəsində yeni tərəfdaşlıq imkanlarınınaraşdırılması və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsibaxımından çox səmərəli oldu”, - paylaşımda qeyd edilib.

Məqalədə:
Chosen
141
2
az.trend.az

3Sources