EN

Bu gün niyyət axşamıdır

 

 

Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi və ilk niyyət axşamıdır. 

Bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.

Artıq sabahdan etibarən islam dininin müqəddəs kitabı - Qurani-Kərimin nazil olduğu Ramazan ayı başlayır. Ramazan həm də, ruhi paklanma, səbir, yardımlaşma və mərhəmət ayı kimi qəbul olunur.

Bu ayda oruc tutmaqla yanaşı, duaların artırılması, ehtiyacı olanlara yardım edilməsi, pis vərdişlərdən uzaq durulması tövsiyə edilir.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, Ramazan ayının birinci günü fevralın 19-na,  Ramazan bayramı isə martın 20-nə təsadüf edəcək.

 
 
 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
41
13
olaylar.az

10Sources