EN

İsa Həbibbəyli: Dilimiz öz potensialına söykənməklə terminologiya axınına qarşı çıxa bilər

BAKI, 18 fevral. TELEQRAF

“Terminologiya axını bütün xalqları düşündürən mühüm məsələlərdəndir. Bu axına qarşı Azərbaycan dili öz zəngin daxili potensialına söykənməlidir”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli “Medianın dili elmi müzakirə müstəvisində” adlı keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan dili ilə bağlı dövlət səviyyəsində irəli sürülən tapşırıqlar dilimizin qorunub saxlanmasına dövlət qayğısının bariz nümunəsidir:

“Dövlət başçısının Azərbaycan dilində səlis və mükəmməl danışması da buna nümunədir.
O çıxışında Azərbaycan dilini ən qədim və zəngin dillərdən biri kimi təqdim edir və onun 50 milyonluq xalqın dili olduğunu vurğulayır. Bu tədqiqatçılar üçün də ,vətəndaşlar üçün də nümunədir. Belə bir şəraitdə dövlət başçısının göstərdiyi istiqamət bu sahədə çalışanlar üçün əsas yol xəritəsidir. Dilimizin alt qatında olan sözlərdən istifadə edərək onu daim işlək etmək mümkündür”.

Chosen
64
teleqraf.com

1Sources