EN

Vatikan Trampın “Sülh Şurası”nda iştirak etməyəcək

Vatikan ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü “Sülh Şurası” təşəbbüsünə qoşulmayacağını açıqlayıb. 

Bu barədə Vatikanın dövlət katibi kardinal Pietro Parolin məlumat verib. Onun sözlərinə görə, beynəlxalq böhranların həlli istiqamətində səylər Birləşmiş Millətlər Təşkilatı çərçivəsində və mövcud beynəlxalq mexanizmlər əsasında aparılmalıdır. 

Qeyd edək ki, Trampın təşəbbüsünə əsasən, sözügedən şura əvvəlcə Qəzzada müvəqqəti idarəçiliyə nəzarət etməli, daha sonra isə qlobal münaqişələrin həlli üçün geniş platformaya çevrilməli idi. Şuranın ilk iclasının Vaşinqtonda keçirilməsi planlaşdırılır. 

Chosen
52
cebheinfo.az

1Sources