EN

AMEA da Xaqani Şirvaninin 900 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiq edilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” 2026-cı il 28 yanvar tarixli Sərəncamının icrası ilə bağlı tədbirlər planının təsdiq edilməsi məsələsinə baxılıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirlər planında “Xaqani Şirvani poeziyasının ədəbi-bədii xüsusiyyətləri və Azərbaycan və Şərq ədəbiyyatında yeri”, “Xaqani Şirvaninin ideallar aləmi, sənəti və sənətkarlığı”, “Xaqani Şirvani poeziyasında dünyəvilik”, “Xaqani Şirvani 900 – Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri”, “Xaqani Şirvani Azərbaycan və Şərq folkloru kontekstində”, “Söz mülkünün Xaqanı”, “Xaqani Şirvani və XII əsr ictimai-mədəni mühiti”, “Fəlsəfi şüur və şeir”, “Klassik Azərbaycan ədəbiyyatının tanınmış siması: Xaqani Şirvani”, “Nizami Gəncəvi və Xaqani Şirvani”, “Klassik poeziyanın Şamaxıdan doğan günəşi: Əfzələddin Xaqani”, “Xaqani Şirvani və Azərbaycan ədəbiyyatında intibah prosesləri” mövzusunda konfrans, elmi sessiya və dəyirmi masaların keçirilməsi, eləcə də “Xaqani Şirvaninin sənətkarlığı” monoqrafiyasının nəşri, Xaqani Şirvaninin qəzəl və qəsidələrinin filoloji tərcüməsinin çapa hazırlanması, ədibin həyat və yaradıcılığından bəhs edən biblioqrafik göstəricinin hazırlanması, ənənəvi və virtual sərginin təşkili məsələləri əksini tapıb.

Müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə Xaqani Şirvaninin 900 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planı təsdiq edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
69
1
azertag.az

2Sources