Bu gün basketbol üzrə Azərbaycan Kuboku yarışlarında 1/4 final mərhələsinin startı veriləcək.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə Bakı İdman Sarayında iki qarşılaşma baş tutacaq:

16:00 – "Ordu" – "Sumqayıt"

19:00 – "Sabah" – "Quba"

Mərhələnin digər oyunları isə fevralın 19-da keçiriləcək. Həmin gün "Gəncə" – "Neftçi" və "Abşeron Lions" – "Şəki" cütlükləri qarşılaşacaqlar.

Reqlamentə əsasən, "Ordu" – "Sumqayıt" oyununun qalibi yarımfinalda "Sabah" – "Quba" cütünün güclüsü ilə üz-üzə gələcək. Digər yarımfinal cütü isə "Gəncə" – "Neftçi" və "Abşeron Lions" – "Şəki" matçlarından sonra müəyyənləşəcək.