EN

Vatikan ABŞ-nin "Sülh Şurası"na qatılmaqdan imtina edib – ÖZƏL

Vatikan ABŞ-nin rəhbərliyi ilə yaradılan "Sülh Şurası"nın tərkibinə daxil olmayacağını bəyan edib və beynəlxalq böhranların həllində BMT-nin rolunu əsas götürdüklərini vurğulayıb.

Olaylar.az xəbər verir ki, Vatikanın dövlət katibi, kardinal Pyetro Parolin "Reuters" agentliyinə verdiyi açıqlamada Müqəddəs Taxt-tacın özünəməxsus statusuna görə bu qurumda iştirak etməyəcəyini bildirib: "Vatikan spesifik təbiətinə görə "Sülh Şurası"nda iştirak etməyəcək... Bizim mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq səviyyədə böhranların nizamlanması məsələləri, ilk növbədə, BMT vasitəsilə həll edilməlidir. Bu, bizim israr etdiyimiz prinsipial məqamlardan biridir."

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 22-də Davosda "Sülh Şurası"nın nizamnaməsini imzalayaraq bu qurumun yaradıldığını elan etmişdi. Həmin mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak etmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
25
olaylar.az

1Sources