EN

Qəhvənizi “zəhərə” çevirən populyar əlavələr

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Qəhvə kifayət qədər faydalı içki hesab olunur: əhvalı yaxşılaşdırır, enerji verir, qaraciyər və beyin fəaliyyətini dəstəkləyir. Lakin ona düzgün olmayan əlavələr qatıldıqda, bu içki faydalı olmaqdan çıxaraq orqanizm üçün risk yarada bilər.

Bu barədə Lent.az məlumat verir:

Mütəxəssislər qəhvəyə əlavə edilməməli olan məhsullar barədə tövsiyələr veriblər.

Qəhvəyə nə əlavə etmək olmaz?

Marşmelou, zefir və şokolad səpmək tövsiyə edilmir. Bu cür əlavələr içkinin təbii dadını və ətirini pozur. Qəhvə üçün istifadə olunan şərbətlər və dadlandırıcılar çox vaxt süni olur və mədə problemlərinə səbəb ola bilər. Bundan əlavə, onların tərkibində adi bir qaşıq şəkərdən və ya 50 ml süddən daha çox şəkər olur. Uzunmüddətli saxlanma üçün nəzərdə tutulmuş qaymaq da arzuolunmazdır. Onların tərkibində sintetik qatqılar və konservantlar olur.

Şəkər, şərbət, qatılaşdırılmış süd, dondurma və ya bal əlavə etmək də məsləhət görülmür. Bu, artıq çəkiyə və karbohidratların həddindən artıq qəbuluna səbəb ola bilər. Bal şəkərin alternativi hesab olunsa da, tərkibindəki fruktoza iştahanı artıra bilər. Qəhvəni süd məhsulları ilə birləşdirmək orqanizmdə kalsiumun azalmasına səbəb ola bilər. Həmçinin qəhvə südün tərkibindəki maddələrin təsirini zəiflədə və damar genişləndirici effektini azalda bilər. Qəhvəyə viski və ya konyak kimi alkoqollu içkilər əlavə etmək qarında köp, baş ağrısı və qaraciyərə əlavə yük yarada bilər.

Qəhvəni necə daha sağlam etmək olar?

Dadını yaxşılaşdırmaq üçün şəkərsiz və az yağlı məhsullara üstünlük vermək məsləhətdir. Məsələn, fruktozasız şəkər əvəzediciləri və az yağlı qaymaq istifadə etmək olar. Bitki mənşəli südlər soya, yulaf və ya kokos südü daha uyğun seçim sayılır. Qəhvəni darçın, hil və ya az miqdarda qara istiot kimi ədviyyatlarla dadlandırmaq mümkündür. Həmçinin yarım dilim limon əlavə edərək daha təravətli dad əldə etmək olar. Beləliklə, düzgün seçim etdikdə qəhvə həm ləzzətli, həm də sağlam qala bilər.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
lent.az

1Sources