Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Yatmazdan ən azı üç saat əvvəl qida qəbulundan imtina etmək ürək və damar sağlamlığına müsbət təsir göstərir. AzPost kanuda.ru-ya istinadla xəbər verir ki, bu nəticə amerikalı alimlərin apardığı araşdırmada təsdiqlənib.
Bildirilir ki, gecə saatlarında qida qəbulunun dayandırılması ürək-damar sisteminin işini yaxşılaşdırır və orqanizmin dincəlmə dövrünü daha səmərəli edir. Tədqiqatın nəticələri Arteriosclerosis Thrombosis and Vascular Biology jurnalında dərc olunub. Araşdırmada artıq çəkidən əziyyət çəkən 39 könüllü iştirak edib və müşahidələr təxminən iki ay davam edib.
İştirakçılar iki qrupa bölünüb. Bir qrup əvvəlki qaydada, yəni gün ərzində 11–13 saatlıq qida fasiləsi ilə qidalanıb. Digər qrup isə axşam yeməyini daha erkən vaxta keçirərək gecə aclıq müddətini 13–16 saata qədər artırıb. Ümumi gündəlik qida miqdarı dəyişdirilməyib.
Nəticələr göstərib ki, yatmazdan əvvəl qida qəbul etməyən şəxslərdə gecə vaxtı qan təzyiqi orta hesabla 3,5 faiz, ürək döyüntülərinin sayı isə 5 faiz azalıb. Mütəxəssislər bildirirlər ki, gecə saatlarında ürək fəaliyyətinin bir qədər ləngiməsi damar sağlamlığının göstəricisi hesab olunur.
Araşdırmanın müəlliflərindən biri Daniela Qrimaldi qeyd edib ki, aclıq dövrünün yuxu ilə uyğunlaşdırılması ürəyin və maddələr mübadiləsinin daha ahəngdar işləməsinə kömək edir. Bundan əlavə, iştirakçılarda mədəaltı vəzinin şəkərə reaksiyası da yaxşılaşıb ki, bu da maddələr mübadiləsi pozğunluqları riskini azaldır.
Layihə rəhbəri Filips Zi vurğulayıb ki, sağlamlıq üçün yalnız qidanın tərkibi deyil, onun nə vaxt qəbul edilməsi də böyük əhəmiyyət daşıyır. Tədqiqat zamanı iştirakçıların təxminən 90 faizi rejimə əməl edib. Bu isə göstərir ki, yatmazdan əvvəl qida qəbulundan imtina etmək ürək və damar xəstəliklərinin qarşısının alınması üçün sadə və əlçatan üsul hesab oluna bilər.
AzPost.az
PaylaÅŸ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.