EN

İiranda iğtişaş zamanı ölənlərin anım mərasimi qarşıdurmalra səbəb olub

17 fevral çərşənbə axşamı günü İranda hökumət əleyhinə etirazların qəddarcasına yatırılması zamanı həlak olanların xatirəsi anılıb.

Herbiand.az AFP-ə istinadən xəbər verir ki, anım tədbirləri zamanı bir neçə şəhərdə İran təhlükəsizlik qüvvələri ilə yeni toqquşmalar qeydə alınıb.

Sosial mediada yerləşdirilən görüntülərə görə, Abadanda izdiham əllərində güllər və qurbanların şəkillərini tutaraq "Xameneiyə ölüm" və "Şah yaşasın!" kimi şüarlar səsləndirib. AFP-nin məlumatına görə, Abadandan çəkilmiş başqa bir videoda insanların atəş səsləri arasında panik içində qaçdığı görünür. Məşhəddə izdiham "Bir nəfər öldürüldü, minlərlə insan onun arxasında durur" şüarını səsləndirib.

 

 

Chosen
9
herbiand.az

1Sources