EN

Vatikan Bakının qoşulduğu ittifaqdan imtina etdi Səbəb

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Vatikan “Sülh Şurası” adlandırılan quruma qoşulmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Vatikanın dövlət katibi, kardinal Pietro Parolin deyib.

Onun sözlərinə görə, İtaliya müşahidəçi qismində iştirak etməyi planlaşdırsa da, Vatikan beynəlxalq hüquqi subyekt kimi özünəməxsus statusunu əsas gətirərək kənarda qalmağı seçib:

“Müqəddəs Taxt-Tac adi dövlət aktoru kimi fəaliyyət göstərmir və onun diplomatik fəaliyyəti çox vaxt institusional ittifaqlardan daha çox, mənəvi nüfuza və vasitəçiliyə üstünlük verir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 15 yanvar 2026-cı ildə beynəlxalq sabitliyi təşviq edən, münaqişə ərazilərində sülhü dəstəkləyən Sülh Şurası yaradıb. Həmin şuraya Azərbaycanla yanaşı çox sayda ölkə də daxildir.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
128
globalinfo.az

1Sources