EN

Vaşinqtonda Konqres binası yaxınlığında silahlı şəxs tutuldu

Hüquq-mühafizə orqanlarının əməkdaşları ABŞ Konqresi binasına bitişik ərazidə əlində dolu ov tüfəngi olan kişini saxlayıblar.

7News.Az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə jurnalistlərə mətbuat konfransında Konqresin polis rəisi Maykl Sallivan məlumat verib.

O qeyd edib ki, həmin şəxs avtomobildən əlində ov tüfəngi ilə düşərək Konqres binasına tərəf qaçmağa başlayıb:

"Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Polislər ona silahı yerə atmağı əmr ediblər, o, əmrə tabe olub", - Sallivan bildirib. Onun sözlərinə görə, saxlanılan şəxsin 18 yaşı var.

Sallivan ov tüfənginin dolu olduğunu xüsusi vurğulayıb. Saxlanılan şəxsin əynində zirehli jilet, üzərində isə patronlar olub. Onun avtomobilinə baxış keçirilərkən dəbilqə və qaz maskası da aşkar edilib. Gəncin bu addımı hansı motivlə atdığı hələlik məlum deyil.
Chosen
84
1
7news.az

2Sources