EN

Saat 12:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Bu gün Masallı Elektrik Şəbəkəsi ərazisində 110/35/10 kV-luq "Masallı" yarımstansiyasından çıxan 10 kV-luq 1 və 3 saylı hava xətlərində təmir işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
 

Bildirilib ki, bununla əlaqədar olaraq saat 12:00-dan 14:00-dək şəhər ərazisində Heydər Əliyev prospekti, Məhəmməd Füzuli, Elşad Hüseynov küçələri, həmçinin rayonun Ərkivan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

Chosen
50
14
bizim.media

10Sources