EN

Azərbaycan resursların idarəolunmasında fiskal intizamı gücləndirib - AYİB

Bakı. Trend:

Azərabycan təbii resursların idarəolunmasında fiskal intizamıngücləndirilməsinə nail olub.

Trend bu barədəAvroya Yenidənqurma və İnkişaf Bankına (AYİB) istinadən xəbərverir.

“Resursların idarə olunması qarışıq nəticələr nümayiş etdirir.Azərbaycan da daxil olmaqla bəzi ölkələr Dövlət Neft Fondunutənzimləyən fiskal qaydaları tətbiq etməklə şəffaflığı və fiskalintizamı gücləndiriblər. Eyni zamanda, Cənubi və Şərqi Aralıqdənizi regionunda hasilatın idarə olunması üzrə göstəricilər aşağısəviyyədə qalır və 2016–2024-cü illər ərzində geriləmə müşahidəolunub”, - deyə 2026–2030-cu illər üçün təklif olunan İqtisadiİdarəetmə Strategiyasında qeyd olunur.

Ümumilikdə hesabatda bildirilir ki, resurslara malik olub aydınfiskal və tənzimləyici çərçivələr tətbiq edən ölkələr daha yüksəksabitlik və hesabatlılıq səviyyəsinə nail olublar, islahatlaraparmayan dövlətlər isə qeyri-səmərəli idarəetmə və manipulasiyayolu ilə mənfəətyönümlü davranış riskləri ilə üzləşməkdə davamedirlər.

Qeyd edək ki, İqtisadi İdarəetmə Strategiyası bankınuzunmüddətli sistemli dəyişikliklərə fokuslanmaqla təsirimkanlarının dərinləşdirilməsini hədəfləyir. Bu, daxili və xaricikapitalın cəlb olunması ilə yanaşı, özəl sektorun artımını vəinnovasiyalarını stimullaşdıran rəqabətli biznes mühitininformalaşmasına töhfə verəcək.

Strategiya çərçivəsində bank dövlətin ənənəvi olaraq nəzarətetdiyi sahələrdə özəl şirkətlərin iştirakını artırmağı, bankınkapitalından müəssisələrin formalaşdırılması və inkişafı üçünistifadəni təşviq etməyi, həmçinin dövlət müəssisələri və maliyyəinstitutlarının şəffaflığını və hesabatlılığını yüksəltməyiplanlaşdırır.

Məqalədə:
Chosen
65
az.trend.az

1Sources