EN

Bakının bu qəsəbəsində işıq kəsiləcək

Fevralın 18-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq.

Kommersant.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilir ki, bununla əlaqədar olaraq saat 13:30-dan 17:00-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Chosen
26
49
kommersant.az

10Sources