EN

Mərkəzi Asiya Azərbaycan üçün yalnız qonşu deyil, həm də təbii tərəfdaşdır – Fərid Şəfiyev

Bakı.Trend:

Görüşümüz qlobal mühitdə artan rəqabət və qeyri-sabitliyin hökmsürdüyü dövrə təsadüf edir. Böyük güclər arasında rəqabətindərinləşməsi, enerji və nəqliyyat marşrutlarına təsir edənmünaqişələr, eləcə də təchizat zəncirlərində yaranan fasilələrregionumuz üçün mühüm bir reallığı yenidən təsdiqləyir.

Trend xəbərverir ki, bu fikirləri “C6: Vahid region, ortaq gələcək stratejidialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransdaBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri FəridŞəfiyev deyib.

BMTM sədrininsözlərinə görə, reallıq ondan ibarətdir ki,strateji dayanıqlılığı təmin etmək üçün ölkələr arasındabağlantılar gücləndirilməli, iqtisadi və nəqliyyat marşrutlarışaxələndirilməli, əməkdaşlıq isə ortaq maraqlar əsasındaqurulmalıdır. Yalnız bu yanaşma regionumuzun sabitliyini və davamlıinkişafını təmin edə bilər.

F.Şəfiyev vurğulayıb ki, son altı il ərzində Azərbaycanın xaricisiyasəti məhz bu reallıqlara uyğun şəkildə formalaşdırılıb:

“Asiya institutları ilə əməkdaşlığın genişləndirilməsi vəstrateji tərəfdaşlıqların dərinləşdirilməsi nəticəsində ölkəmizşərq vektorunu daha da möhkəmləndirib, bununla yanaşı, ABŞ və onunAvropadakı tərəfdaşları ilə konstruktiv və qarşılıqlı hörmətəəsaslanan dialoqu davam etdirib. Bu balanslı yanaşma həssaslıqlarınazalmasına, yeni imkanların yaranmasına və həm regional, həm dəmilli inkişaf üçün yeni perspektivlərin formalaşmasına xidmətedir”.

O vurğulayıb ki, Mərkəzi Asiya Azərbaycan üçün yalnız qonşudeyil, həm də təbii tərəfdaşdır.

“Ortaq tarix və zəngin mədəni irs mühüm əsas yaratsa da, bugünküəməkdaşlığımızı fərqləndirən başlıca amilgeoiqtisadiyyatdır-enerji, nəqliyyat, logistika və infrastruktursahələrində əməkdaşlıqdır. Avrasiya məkanında sabitliyə dairənənəvi fərziyyələrin aktuallığını itirdiyi şəraitdə bu əlaqələryeni məna və strateji əhəmiyyət kəsb edir”,- deyə F.Şəfiyev əlavəedib.

Məqalədə:
Chosen
59
3
az.trend.az

5Sources