AZ

Fərid Şəfiyev: Ölkələr arasında əməkdaşlıq gücləndirilməlidir

Böyük güclər arasında rəqabətin dərinləşməsi, enerji və nəqliyyat marşrutlarına təsir edən münaqişələr, eləcə də təchizat zəncirlərində yaranan fasilələr regionumuz üçün mühüm bir reallığı yenidən təsdiqləyir. Bu reallıq ondan ibarətdir ki, strateji dayanıqlılığı təmin etmək üçün ölkələr arasında bağlantılar gücləndirilməli, iqtisadi və nəqliyyat marşrutları şaxələndirilməli, əməkdaşlıq isə ortaq maraqlar əsasında qurulmalıdır. Yalnız bu yanaşma regionumuzun sabitliyini və davamlı inkişafını təmin edə bilər.

"Yeni Sabah" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev fevralın 18-də Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək -Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib

O bildirib li, son altı il ərzində Azərbaycanın xarici siyasəti məhz bu reallıqlara uyğun şəkildə formalaşdırılıb. Asiya institutları ilə əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlıqların dərinləşdirilməsi nəticəsində ölkəmiz şərq vektorunu daha da möhkəmləndirib, bununla yanaşı, ABŞ və onun Avropadakı tərəfdaşları ilə konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirib. Bu balanslı yanaşma həssaslıqların azalmasına, yeni imkanların yaranmasına və həm regional, həm də milli inkişaf üçün yeni perspektivlərin formalaşmasına xidmət edir.

“Bu baxımdan, Mərkəzi Asiya bizim üçün yalnız qonşu deyil, həm də təbii tərəfdaşdır. Ortaq tarix və zəngin mədəni irs mühüm əsas yaratsa da, bugünkü əməkdaşlığımızı fərqləndirən başlıca amil geoiqtisadiyyatdır - enerji, nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlıqdır. Avrasiya məkanında sabitliyə dair ənənəvi fərziyyələrin aktuallığını itirdiyi şəraitdə bu əlaqələr yeni məna və strateji əhəmiyyət kəsb edir”,- deyə F.Şəfiyev qeyd edib.


Telegram kanalımız
Seçilən
76
3
yenisabah.az

5Mənbələr