EN

Allahşükür Paşazadə II Qareginlə görüşəcək? - RƏSMİ

8 avqust tarixli Vaşinqton zirvə toplantısında paraflanan sülh sazişi mətninin müddəalarından irəli gələrək, iki ölkə arasında sülh və etimad quruculuğu istiqamətində mühüm işlər görülüb. Məhz etimad quruculuğu istiqamətində artıq erməni və azərbaycanlı QHT nümayəndələri arasında iki dəfə hər iki ölkənin ərazisində görüşlər keçirilib. Sonuncu dəfə "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistanda 40-a yaxın nümayəndə arasında görüş keçirilib.

Sülh və etimad quruculuğu istiqamətində tədbirlər üçün cəmiyyətin digər nümayəndələri, eləcə də dini liderlərin də görüşü maraq doğurur.

İndiki məqamda Azərbaycan və erməni dini liderləri, din xadimləri arasında görüş gözlənilir?

Mövzu ilə əlaqədar Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov bildirib ki, hazırda belə bir görüş mümkün deyil.

O bunun səbəbini isə belə izah edib:

"Hazırda Ermənistan dini lideri II Qareginin özü başda olmaqla, digər din nümayəndələri revanşizmlə məşğuldur. Onlarla axı, hələ heç bir danışıq ola bilməz. Onlar bu dəqiqə öz dövlətlərinin dediklərini etmirlər".


Chosen
11
1
azia.az

2Sources