EN

"Qarabağ" bu gün Bakıda "Nyukasl"la qarşılaşacaq

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu bu gün keçirəcək.

“İki sahil” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq.

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Matçın baş hakimi norveçli Espen Eskos olacaq.

Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.

Chosen
16
10
ikisahil.az

10Sources