BAKI, 18 fevral. TELEQRAF
ABŞ-nin Nyu-York ştatının şimalında yerləşən Bunvill şəhərində kilsədə baş verən güclü partlayış nəticəsində beş nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə binada qaz iyi ilə bağlı çağırışdan sonra baş verib. Partlayış zamanı zərərçəkənlər arasında kilsənin pastoru və hadisə yerinə gələn yanğınsöndürənlər də var. Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir.
Polisin açıqlamasına əsasən, hadisədə cinayət əlamətləri aşkar edilməyib. Kilsə binası ciddi ziyan görüb və hazırda hadisə ilə bağlı araşdırma aparılır.