EN

Neftçala sakinlərinin qaz problemi

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Neftçala rayonunun Şorkənd və Qaraqaşlı kəndlərinin sakinləri acınacaqlı şəraitdə yaşayırlar.

Modern.az xəbər verir ki, mindən çox əhalisi olan kəndlərin sakinləri illərdir mavi yanacaq üzünə həsrətdirlər.

"Gözümüzü açandan bəri kənddə qaz görməmişik. Yandırmağa odun tapa bilmirik", - deyə sakinlərdən biri bildirib.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, qazlaşdırma proqramı mərhələli şəkildə həyata keçirilir: "Bu proqram SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin maliyyə imkanlarına uyğun olaraq icra edilir. Hazırda Neftçala rayonunun Qaraqaşlı kəndində daşıyıcı və paylayıcı qaz xətləri çəkilir. Şorkənd kəndinin qazlaşdırılması isə növbəti mərhələlərdə nəzərdən keçiriləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
2
modern.az

3Sources