AZ

Neftçala sakinlərinin qaz problemi: "Yandırmağa odun tapa bilmirik"

Neftçala rayonunun Şorkənd və Qaraqaşlı kəndlərinin sakinləri acınacaqlı şəraitdə yaşayırlar.

Baku TV-nin məlumatına görə, mindən çox əhalisi olan kəndlərin sakinləri illərdir mavi yanacaq üzünə həsrətdirlər.

"Gözümüzü açandan bəri kənddə qaz görməmişik. Yandırmağa odun tapa bilmirik", - deyə sakinlərdən biri bildirib.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, qazlaşdırma proqramı mərhələli şəkildə həyata keçirilir: "Bu proqram SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin maliyyə imkanlarına uyğun olaraq icra edilir. Hazırda Neftçala rayonunun Qaraqaşlı kəndində daşıyıcı və paylayıcı qaz xətləri çəkilir. Şorkənd kəndinin qazlaşdırılması isə növbəti mərhələlərdə nəzərdən keçiriləcək".

Seçilən
96
2
far.az

3Mənbələr