EN

Azərbaycanda keçiriləcək “FIFA Series – 2026-nın təqvimi açıqlandı

Azərbaycanda keçiriləcək “FIFA Series – 2026” beynəlxalq turnirinin təqvimi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan, Syerra-Leone, Oman və Sent Lusiya millilərinin iştirak edəcəyi yarışda ilk oyunlar martın 27-də keçiriləcək.

İlk günün qalibləri martın 30-da finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə qarşılaşacaqlar.

Turnirin təqvimini nəzərinizə çatdırırıq:

27 mart
15:00. Oman – Syerra-Leone
“Dalğa Arena”

19:00. Azərbaycan – Sent Lusiya
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

30 mart
15:00. 3-cü yer uğrunda (məğlublar)
“Dalğa Arena”

19:00. Final (qaliblər)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Chosen
26
14
idmanxeber.az

10Sources