İranın Ali Lideri Əli Xamenei ABŞ prezidenti Donald Trampın İslam Respublikasını məhv edə bilməyəcəyini bildirib.
QHT.az xəbər verir ki, IRIB telekanalına açıqlamasında o, ABŞ-ın 47 ildir bu məqsədə nail ola bilmədiyini xatırladaraq, bunun bundan sonra da mümkün olmayacağını vurğulayıb.
Xamenei əlavə edib ki, ABŞ-ın “ən güclü ordu”su belə ağır zərbə ala bilər və təyyarədaşıyan gəmidən daha təhlükəli silahların mövcud olduğunu qeyd edib.