EN

BANM tələbələri magistratura imtahanlarında ölkə birincisi oldular

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 17 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına fevralın 15-də keçirdiyi qəbul imtahanının nəticələrinə görə Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ölkə birincisi olublar.

Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Bildirilib ki, informasiya təhükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Zahid Abdullayev imtahanda 91 bal toplayıblar. BANM-ə 689,6 balla qəbul olunan Elvina Əliyeva Prezident təqaüdünə layiq görülüb. Zahid Abdullayev isə BANM-ə 671,2 balla qəbul olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
89
4
azertag.az

5Sources