EN

Moskvada ölən azərbaycanlı cütlüklə bağlı TƏFƏRRÜAT

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Moskvada yaşadıqları binanın qarşısında meyitləri tapılan azərbaycanlı ər-arvadla bağlı bəzi təfərrüatlar məlum olub.

Modern.az xəbər verir ki, meyiti tapılan, 1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kənd sakinidir.

Həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aygün Yaqub qızı Hüseynova isə Rusiya vətəndaşıdır. Əvvəllər rayon ərazisində yerləşən şadlıq evində çalışan V. Nağıyev 10 ilə yaxındır işləmək məqsədi ilə Rusiyaya gedib.

Mərhumun nəşi bu gecə doğulduğu Ucar rayonuna gətiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
2
modern.az

10Sources