AZ

Moskvada azərbaycanlı ər-arvad intihar edib - YENİLƏNİB

Moskvada yaşadıqları binanın qarşısında meyiti tapılan azərbaycanlı ər-arvadla bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, meyiti tapılan, 1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kənd sakinidir. Həyat yoldaşı, 1987- ci il təvəllüdlü Ayğün Yaqub qızı Hüseynova isə Rusuya vətəndaşıdır. Əvvəllər rayon ərazisində yerləşən şadlıq evində çalışan V. Nağıyev 10 ilə yaxındır işləmək məqsədi ilə Rusiyaya gedib.

Mərhumun nəşi bu geçə doğulduğu Ucar rayonuna gətiriləçək.

Zahid Abışov

***

16 fevral, 23.00

Moskvada azərbaycanlı ər-arvadın meyitləri yaşadıqları binanın qarşısında tapılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, intihar hadisəsi Novoya Moskva ərazisində yerləşən "Salaryevo Park" yaşayış kompleksində baş verib.

Belə ki, yaşayış binasının pəncərələrinin altında evli ər-arvadın meyitləri tapılıb.

Rusiya mətbuatı ər və arvad milliyətcə azərbaycanlı olduğunu yazıb.

Məlum olub ki, azərbaycanlı ər-arvad intihar edərkən mənzildə beş yaşlı uşaq da olub. Hadisənin uşağın gözləri qarşısında baş verdiyi bildirilib.

Yerli mətbuatda yayılan xəbərlərə görə 41 yaşlı Vasif və 38 yaşlı Aygün geyim və alt paltarı mağazasına sahib olublar. Onlar bizneslərinə Xantı-Mansi Muxtar Dairəsində başlayıb, bir müddət əvvəl isə Moskvaya köçüblər.

İntiharın səbəbi məlum deyil. Cütlüyün üç uşağının qaldığı bildirilib.

Seçilən
16
3
apa.az

10Mənbələr