EN

Əraqçi ABŞ ilə danışıqların təfərrüatlarını AÇIQLADI

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

“ABŞ ilə danışıqlar əvvəlki raundla müqayisədə əhəmiyyətli dərəcədə irəliləyib”.Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

 

“Biz mümkün sazişin mətnini hazırlayacağımız bir sıra əsas prinsiplər üzərində razılığa gəldik. Bu, tezliklə razılaşmaya nail olacağımız demək deyil, lakin proses artıq başlayıb. Mətnin hazırlanmasına gəldikdə isə iş daha mürəkkəbləşir”, - deyə Əraqçi əlavə edib.

Qeyd edək ki, bu gün ABŞ və İran arasında Cenevrədə yüksəksəviyyəli nüvə danışıqları keçirilib.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
88
1
bizim.media

2Sources