EN

Moskvada azərbaycanlı ər-arvadın meyiti tapılıb - YENİLƏNİB

Moskvada yaşadıqları binanın qarşısında meyitləri tapılan azərbaycanlı ər-arvadla bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, meyiti tapılan, 1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kənd sakinidir.

Həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aygün Yaqub qızı Hüseynova isə Rusiya vətəndaşıdır. Əvvəllər rayon ərazisində yerləşən şadlıq evində çalışan V. Nağıyev 10 ilə yaxındır işləmək məqsədi ilə Rusiyaya gedib.

Mərhumun nəşi bu gecə doğulduğu Ucar rayonuna gətiriləcək.

Zahid Abışov

***

16 fevral, 23.00

Moskvada azərbaycanlı ər-arvadın meyitləri yaşadıqları binanın qarşısında tapılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, hadisə Novoya Moskva ərazisində yerləşən "Salaryevo Park" yaşayış kompleksində baş verib.

Belə ki, yaşayış binasının pəncərələrinin altında evli ər-arvadın meyitləri aşkarlanıb.

Rusiya mətbuatı ər və arvadın milliyətcə azərbaycanlı olduğunu yazıb.

Yerli mətbuatda yayılan xəbərlərə görə, 41 yaşlı Vasif və 38 yaşlı Aygün geyim və alt paltarı mağazasına sahib olublar. Onlar bizneslərinə Xantı-Mansi Muxtar Dairəsində başlayıb, bir müddət əvvəl isə Moskvaya köçüblər.

Ölümün səbəbi məlum deyil. Cütlüyün üç uşağının qaldığı bildirilib.

Fərid Əkbərov

Chosen
7
3
apa.az

10Sources