EN

Keçmiş Baş nazir maddi sıxıntılar içində yaşayır

Türkiyənin keçmiş Baş naziri, Gələcək Partiyasıının sədri Əhməd Davudoğlu maddi sıxıntılarla çəkdiyini deyib.

“Yeni Sabah”ın xəbərinə görə, o, bunu “Now” televiziyasına müsahibəsində deyib.

Ə.Davudoğlu bildirib ki, keçmiş hökumət başçısı kimi xaricdən gələn qonaqları həmin statusa uyğun qarşılamaq məcburiyyəti müəyyən maliyyə yükü yaradır.

O söyləyib ki, həm özü, həm də həyat yoldaşı işləyir. Ə.Davudoğlu əlavə edib ki, beynəlxalq qurumlardan məsləhətçiliklə bağlı ciddi təkliflər alsa da, onları qəbul etməyib:

“Xalqımız bu vəziyyətdəykən mən dolanışıqdan şikayət etmərəm. Mən şirkət məsləhətçisi ola bilmərəm, dövlət ənənəsi bunu tələb edir”, - o vurğulayıb.


Telegram kanalımız
Chosen
66
yenisabah.az

1Sources